MƏDƏNİYYƏT
Lənkəran şəhər Mədəniyyət Mərkəzində uşaq evinin fidanları xoş anlar yaşayıb
Bakı, 30 iyul, AZƏRTAC
Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində məktəblilərin yay tətilləri ilə əlaqədar hər həftə təşkil olunan cizgi filmlərinin növbəti seansında Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evinin fidanları əyləncə dolu anlar yaşayıblar.
AZƏRTAC xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və O.Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Mehriban Səfərova uşaqlara xoş arzularını bildirərək, belə tədbirlərin bu uşaqların həyatına rəng qatdığını vurğulayıblar.
Qeyd edək ki, bir-birindən maraqlı cizgi filmlərini izləyən balacalar sonra Mədəniyyət Mərkəzinin foyesində rəssam Firudin Quliyevin səyyar sərgisi ilə yaxından tanış olublar.