REGİONLAR
Lənkəranda keçirilən açıq inşa müsabiqəsinin qalibləri müəyyənləşib
Lənkəran, 7 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Peşə Liseyi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim peşəm” mövzusunda açıq inşa müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin məqsədi yeniyetmə və gənclərdə uğurlu peşə seçimlərinə, onların peşə seçimləri ilə bağlı fikirlərini sərbəst və məntiqli ifadə etmələrinə, bu istiqamətdə dünyagörüşlərini təkmilləşdirmələrinə kömək etməkdir.
İnşa müsabiqəsində Lənkəran rayonunun 10 ümumtəhsil məktəbinin 6-9 sinif şagirdləri iştirak ediblər.
Münsiflər heyətinin qərarına əsasən, Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin və Liman şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri müsabiqənin qalibi olublar.
Qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.