REGİONLAR
Lənkəranda şagirdlərin əl işlərindən ibarət sərgi açılıb
Lənkəran, 1 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə Lənkəran Rayon Heydər Əliyev Mərkəzinin rəsm studiyasının istedadlı üzvlərinin əl işləri və Lənkəran Peşə Liseyinin aşpaz şagirdlərinin hazırladıqları şirniyyat və salatlar, həmçinin kağız üzərində tərəvəz məhsullarından işlənmiş rəsm əsərləri nümayiş etdirilib.
Sərgidə Liseyin aqronom fakültəsinin şagirdləri tərəfindən dekorativ bitkilər, akvarium şüşə içərisində maraqlı mənzərə və bitkilər, 3D printer məhsulları, 3D qələmdən hazırlanmış məhsullar da təqdim olunub.
Sərgi iyunun 3-dək davam edəcək.