DÜNYA
Liviyada qaçqınların saxlanma şəraiti Avropa Komissiyasının başçısını dəhşətə gətirib
Berlin, 1 dekabr, AZƏRTAC
Avropa Komissiyasının sədri Yan-Klod Yunker Aralıq dənizi marşrutu ilə Avropaya keçməyə cəhd göstərmiş və hələ də bu ümidlərini üzməmiş qaçqınların Liviyada saxlandığı şəraitlə tanış olanda dəhşətə gəlib.
AZƏRTAC xəbər verir ki, Yan-Klod Yunker alman KİV-lərinə verdiyi müsahibədə Liviyadakı qaçqınların vəziyyətini “cəhənnəm” adlandırıb. O, heyrətlənmiş halda deyib ki, yerli düşərgələrdə qaçqınları qarət edir və öldürürlər, Avropa İttifaqı bu barədə susmayacaq.
Yunker vurğulayıb: “Aralıq dənizi vasitəsilə Avropaya gəlib çıxa bilməyən miqrantların sayı artır, lakin bu, qaçqınlar üçün düşərgələrdən daha çox həbsxanaları xatırladan yerlərdə saxlanılan insanları zədələməyə, onları öldürməyə və qarət etməyə əsas vermir”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin