CƏMİYYƏT
Lökbatan qəsəbəsi ərazisində mobil telefonun oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 27 aprel, AZƏRTAC
Lökbatan qəsəbəsi ərazisində mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 14-də Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri F.Vəliyevin pulunu və mobil telefonunu, N.İmanovun isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini R.Səfərov Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.