DÜNYA
Londonda hicablı yeniyetmə qıza hücum olmuşdur
Bakı, 23 noyabr (AZƏRTAC). “Daily mail” saytının xəbərinə görə, Londonda hicablı qız naməlum şəxsin hücumuna məruz qalmışdır. Tələbə qız Londonun şərqində, Plastouda səki ilə gedərkən naməlum şəxs arxadan sürətlə ona yaxınlaşmış və baş nahiyəsinə möhkəm zərbə endirmişdir. Nəticədə qız huşunu itirmişdir.
“London Tonight” kanalının xəbərlər proqramına açıqlamasına hadisə qurbanı həmin şəxsin ona hansı səbəbdən hücum etdiyini anlamadığını və zərbədən sonra yalnız ambulansda tibbi müdaxilə nəticəsində özünə gəldiyini demişdir. O, hadisədən sonra şəhərdə tək gəzməkdən qorxduğunu və həmin şəxsin digərlərinə də zərər yetirməməsi üçün onun tapılmasını istədiyini bildirmişdir. Hazırda naməlum şəxsin aşkar edilməsi üçün polis tərəfindən videogörüntünün təhlilinə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]
Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb
- 30.04.2024 [14:55]
Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib
- 30.04.2024 [14:40]