Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

LORD CANER: BİZ AZƏRBAYCANDAKI İNKİŞAFA VALEH OLMUŞUQ

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Sentyabrın 3-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin nümayəndə heyətini qəbul etmişdir.

İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:

-Hörmətli lord Caner, hörmətli dostlar, Böyük Britaniya parlamentinin üzvləri, sizi səmimi qəlbdən salamlayıram, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.

Ölkələrimiz arasında mövcud olan münasibətlər çox yüksək səviyyədədir. Biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Xüsusilə neft və qaz sektorunda Britaniya şirkətlərinin Azərbaycana kapital qoyuluşunun həcmi çox yüksəkdir. Bu, bizi çox sevindirir. Böyük Britaniya şirkətləri Azərbaycan üçün, region üçün, bizim gələcəyimiz üçün çox mühüm layihələrdə aparıcı rol oynayırlar.

Siyasi məsələlərdə də münasibətlərimiz çox yüksək səviyyədədir. Azərbaycan Respublikası Prezidentinin Böyük Britaniyaya rəsmi səfərindən sonra bu münasibətlər yeni pilləyə qalxmışdır. Ümidvaram ki, həm siyasi, iqtisadi məsələlərdə, həm də iki ölkəni birləşdirən digər məsələlərdə əlaqələrimiz daha da inkişaf edəcəkdir. Biz bunu Avropa Şurasının sessiyalarında, komitələrində, komissiyalarında əyani şəkildə görürük. Böyük Britaniyanın nümayəndələri ilə çox uğurlu əməkdaşlıq edirik və deyə bilərəm ki, Azərbaycan, region üçün çox vacib olan məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi də məhz Böyük Britaniyanın nümayəndəsidir. O vaxt bir neçə namizəd irəli sürülmüşdü və məhz Azərbaycan nümayəndə heyətinin təkidi ilə Böyük Britaniya parlamentinin üzvü cənab Devid bu vəzifəyə təyin olunmuşdur. Baxmayaraq ki, ilkin mərhələdə Ermənistan nümayəndə heyəti buna etiraz etmişdi.

Bir sözlə, ölkələrimiz arasında olan münasibətlər bizi qane edir. Biz, sadəcə, bu münasibətlərin daha da gücləndirilməsini, genişləndirilməsini istəyirik. Beləliklə, iki ölkə bir-biri ilə daha yaxınlaşa bilər və əminəm ki, belə də olacaqdır.

Nümayəndə heyətinin rəhbəri, Dünya Yəhudilər Konqresinin vitse-prezidenti LORD CANER səmimi qəbula görə Baş nazirə təşəkkür edərək dedi:

-Cənab Baş nazir, Sizə çox minnətdarıq. Ölkənizdə bizi çox hərarətli və səmimi qarşılayıblar. Baş nazir vəzifəsinə yüksəlməyiniz münasibətilə Sizi təbrik etmək istəyirik. Yəqin bizim baş nazir də Sizə deyər, bu, heç də asan bir iş deyildir.

Biz Azərbaycan Prezidentinin ölkəmizə rəsmi səfərini çox yaxşı xatırlayırıq. Bu, həqiqətən çox uğurlu bir səfər idi. Sİzdən xahiş edirik ki, bizim salamlarımızı Prezident Heydər Əliyevə yetirəsiniz. Biz onun tezliklə sağalmasını və Vətənə dönməsini arzu edirik.

Sizin kimi biz də əlaqələrimizin inkişafından çox məmnunuq. Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Bizim sözlərimizi xüsusilə sənaye sahəsində çalışanlar daha çox təsdiq edərlər. Dünən biz bp şirkətinin nümayəndələri ilə görüş keçirdik. Onlar burada neft sənayesinin inkişafında iştirak etməkdən çox məmnundurlar. Çox şadıq ki, bu görüşdə bizi Böyük Britaniyanın səfiri müşayiət edir. Eyni zamanda, Sizin ölkənin Birləşmiş Krallıqdakı səfiri haqqında da xoş sözlər demək istəyirəm. O, Azərbaycanın mənafeyi üçün çox yaxşı fəaliyyət göstərir və mənim yaxın dostuma çevrilmişdir.

Cənab Baş nazir, biz Sizə Lordlar və İcmalar palatalarının hədiyyələrini təqdim etmək istəyirik.

Lord Canerdən hədiyyələri qəbul edən Baş nazir İLHAM ƏLIYEV dedi:

-Hədiyyələrə görə sizə təşəkkür edirəm, çox sağ olun. Bunlar mənim üçün çox əzizdir. Hesab edirəm ki, sizin Azərbaycana səfəriniz ölkələrimizi daha da yaxınlaşdıracaqdır.

Siz çox düzgün qeyd etdiniz ki, bp şirkəti ilə Azərbaycan arasında artıq 10 ilə yaxındır davam edən əməkdaşlıq bizim üçün çox vacibdir və bir çox məsələlərdə ölkəmizin iqtisadi gələcəyini təmin edəcəkdir.

Azərbaycan xarici sərmayələr üçün açıq bir ölkədir. Bu, bizim Prezidentin siyasətidir, onun tərəfindən həyata keçirilən neft strategiyasının tərkib hissəsidir. Yəqin siz də bilirsiniz ki, bizim ölkədə xarici vətəndaşlar özlərini çox sərbəst, rahat hiss edirlər, onların işləməsi və yaşaması üçün çox gözəl şərait vardır. Xalqımız çox qonaqpərvərdir və xarici ölkələrin vətəndaşlarına böyük hörmətlə yanaşır.

Mən bilirəm ki, sizin proqramınızda bölgələrə səfərlər də nəzərdə tutulmuşdur. Əminəm ki, bu səfərlər də nümayəndə heyətinizin üzvləri üçün çox maraqlı olacaqdır. Biz istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etsin. Əlbəttə, sərmayələrin gəldiyi əsas yer Bakıdır, neft sənayesidir. Ancaq biz çox maraqlıyıq ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etsin, ölkəmizin hər bir vətəndaşı aparılan böyük işlərin nəticəsini hiss etsin. Əminəm ki, bu, belə də olacaqdır.

Səfər zamanı Azərbaycanda böyük inkişafın şahidi olduqlarını vurğulayan LORD CANER dedi:

-Cənab Baş nazir! Siz bildirdiniz ki, ölkənizin hər bir vətəndaşının həyata keçirilən böyük işlərdən bəhrələnməsini istəyirsiniz. Deməliyəm ki, burada olduğumuz müddətdə biz, həqiqətən, ölkənizdəki inkişafa valeh olmuşuq. Eyni zamanda, Azərbaycanda mövcud olan tolerantlıqdan da çox məmnun qalmışıq, bu, bizi çox valeh etdi. Nümayəndə heyətimizin üzvləri ilk yəhudi məktəbinin açılışında iştirak etdilər. Burada biz gördük ki, həqiqətən, ölkənizdə dinlər arasında əməkdaşlıq mövcuddur. Baxmayaraq ki, Azərbaycanda əhalinin əksəriyyətini müsəlmanlar təşkil edirlər. İstərdim ki, bütün ölkələr bu məsələdə Sizdən nümunə götürsünlər və müxtəlif dinlər bir-birinə qarşı bu dərəcədə dözümlü olsunlar. Əgər belə olarsa, onda biz dünyanı daha da gözəlləşdirərik və həyat asan olar.

X X X

Sonda Baş nazir İlham Əliyev qonaqları maraqlandıran suallara cavab verdi.

Qəbulda Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Endryu Taker, Azərbaycanın Böyük Britaniyadakı səfiri Rəfael İbrahimov, digər rəsmi şəxslər iştirak edirdilər.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli İlham Heydər oğlu!

Məsul vəzifəyə - Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Biz Azərbaycan Respublikası prezidentinin növbəti seçkilərinə Sizin namizədliyinizin irəli sürülməsinə də şadıq.

Siz daha yaxşı həyat şəraiti yaratmaq xəttini ardıcıl surətdə aparan, öz həmvətənlərinə, sözün əsl mənasında, qayğı göstərən, yaradıcı və qurucular olan siyasətçilər və rəhbərlər kateqoriyasını təmsil edirsiniz. Azərbaycan xalqının rifahı naminə uğurlu fəaliyyətiniz mahaçqalalılara yaxşı məlumdur.

Dağıstanlılarla azərbaycanlıların talelərində oxşar cəhətlər olduqca çoxdur. Bizi bərəkətli Qafqaz torpağında birgə yaşayışın çoxəsrlik tarixi birləşdirir və bu, prinsipcə yeni tarixi reallıqların, mədəni-ideoloji və siyasi meyllərin, qardaş xalqlarımızın və dövlətlərimizin gələcəkdə qarşılıqlı münasibətlərinin və əməkdaşlığının inkişafının dərk edildiyinə inam yaradır.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, həyatda və Azərbaycan Respublikasının bütün vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Əminik ki, Siz Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin layiqli davamçısı olacaqsınız.

Sizə əmin-amanlıq və firavanlıq diləyirik!

Səid Əmirov

Mahaçqala Şəhər İcra Hakimiyyətinin

başçısı, Dağıstan Yerli Hakimiyyətlər İttifaqının sədri

Mahaçqala, 29 avqust 2003-cü il.

***

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycanın Baş naziri vəzifəsinə yüksək təyinatınız münasibətilə çoxminli əmək kollektivlərimizin adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

Birgə işlədiyimiz illəri xatırlayaraq və Sizin məqsədyönlüyünüzə, sevimli işə həvəslə yanaşmağınıza, peşəkarlığınıza, tükənməz enerjinizə və fitri istedadınıza bələd olaraq, inamla deyə bilərəm ki, Azərbaycan xalqının seçimi son dərəcə uğurludur.

Sizə indiyədək qazandığınız nailiyyətləri yeni, məsul vəzifədə böyük uğurla davam etdirməyi, xoşbəxtlik, cansağlığı, bütün Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Həmişə səmimiyyətlə Sizin,

Sergey Kovanda

“Şimal-Şərqi Alyans” səhmdar kommersiya

bankı Direktorlar şurasının sədri

Moskva, 22 avqust 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MN: Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq

ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

Saatlıda gənc oğlan Araz çayında boğularaq ölüb

Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

Qazaxıstan Transxəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmöda soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib

Perunun şimalında 5,5 bal gücündə zəlzələ olub

Salvadorda daşqın nəticəsində 11 nəfər ölüb

ABŞ Prezidenti NATO Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

“Euronews”: Azərbaycandakı konfransda minaların təmizlənməsi ilə bağlı vahid qlobal çağırış edilib

BMM-də Milli Qurtuluş Günü qeyd olunub

Bakıda mənzildən meyit tapılıb

Ermənistan Fransanın KNDS şirkəti ilə hərbi-texniki sahədə əməkdaşlıq edəcək

Avro-2024: Fransa millisi Avstriyanı avtoqolla məğlub edib

Stoltenberq: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı yekdil qərar verilməlidir

Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Avro-2024: Slovakiya Belçikanı məğlub edib

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

Türkiyə Prezidenti: Biz gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək niyyətindəyik

Nikol Paşinyan: Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair referendum keçirilə bilər

Azərbaycanın Ukraynadakı səfiri Xmelnitski şəhərinin tələbələri üçün mühazirə oxuyub

Ermənistan parlamentinin növbədənkənar sessiyası baş tutmayıb

Son beş ayda əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verilib

Muxtar respublikanın iki rayonunda yanğınlar olub

Qazaxıstan XİN: Qazaxıstan Ukrayna üzrə sammitdə qrafikə görə iştirak etməyib

Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb

Avro-2024: Rumıniya turnirə qələbə ilə başlayıb

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırılıb

Gürcü deputat: Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

Çexiyada poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb

Azərbaycan könüllüləri “Go Camp” piknik layihəsi çərçivəsində Quba rayonunda olublar

Fransada partiya sədrinə qarşı dövlət vəsaitinin mənimsənilməsi iddiası üzrə cinayət işi açılıb

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür