Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının tanınmış lideri və vətənpərvəri olaraq Siz həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük nüfuz və hörmət qazanmısınız. Siz uzun illərdir ki, Xəzər regionunda sabitliyin etibarlı qarantlarından biri kimi çıxış etməklə bütün enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin firavanlığının, onun vətəndaşlarının rahatlığının və əmin-amanlığının təmin edilməsinə yönəldirsiniz.

Fürsətdən istifadə edib “LUKoyl” şirkətinin Azərbaycandakı fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etmək istərdim ki, “LUKoyl” şirkətinin azərbaycanlı tərəfdaşlarla əməkdaşlığının uğurla davam etməsi və ölkələrimizin mənafeyi naminə genişlənməsi üçün hər cür səy göstərəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, əmin-amanlıq, tükənməz enerji və məsul dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Vahid Ələkbərov

“LUKoyl” neft şirkətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin