Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

LÜKSEMBURQUN BÖYÜK HERSOQU ƏLAHƏZRƏT ANRİYƏ

Əlahəzrət, 

Lüksemburq Böyük Hersoqluğunun milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün Lüksemburq xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında xoş dostluq münasibətlərini möhkəmləndirmək üçün bundan sonra da davamlı səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, səadət, dost Lüksemburq xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin