Azərbaycan Dövlət İnformasiya Agentliyi

MACARISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LASLO ŞOYOMA

Hörmətli cənab Prezident,

Macarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Biz Azərbaycan ilə Macarıstan arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq və əməkdaşlığımız, ikitərəfli əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizinlə görüşmək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün münasib bildiyiniz vaxtda Sizi ölkəmizə səfərə dəvət edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 iyul 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin