SİYASƏT
MACARISTANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Budapeşt, 15 dekabr (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirə günü münasibətilə tədbir keçirilmişdir.
Səfir Həsən Həsənov tədbiri giriş sözü ilə açaraq, iştirakçılara Heydər Əliyev şəxsiyyəti, onun həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyi və xalqı qarşısında əvəzolunmaz xidmətləri haqqında məlumat vermişdir. Diplomatik korpus adından Ukraynanın Macarıstandakı səfiri çıxış edərək, Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşdür. Tədbir iştirakçılarına ulu öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir. Tədbirdə iştirak etmək üçün Budapeştə gəlmiş tanınmış Azərbaycan pianoçusu Murad Hüseynov ümummilli liderin xatirəsinə həsr edilmiş konsert proqramı ilə çıxış etmişdir.
Tədbirdə Macarıstan Xarici İşlər Nazirliyinin məsul işçiləri, parlamentin deputatları, Budapeştdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ölkənin ictimai, siyasi və elm xadimləri, Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt