RƏSMİ SƏNƏDLƏR
M.A.ƏLİYEVANIN HEYDƏR ƏLİYEV MÜKAFATI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Mehriban Arif qızı Əliyeva Heydər Əliyev Mükafatı ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2009-cu il.