MƏDƏNİYYƏT
Mahjoub Berreguig: Fransanın Ke Branli Muzeyi Azərbaycan mədəniyyəti ilə bağlı birgə tədbirlərin təşkilində maraqlıdır
Paris, 18 iyun, AZƏRTAC
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə daxil olarkən Azərbaycanda mədəniyyətə verilən önəmi hiss etmək mümkün olur. Mən Azərbaycan mədəniyyəti ilə Ke Branli Jak Şirak Muzeyi sayəsində tanışam. Muzeyimizdə Azərbaycanla bağlı maraqlı materiallar var. Azərbaycanlılarla dostluq edirəm. Bu dostlarımla söhbətlərdən Azərbaycanı da demək olar ki, tanıyıram.
Bu fikirləri Parisdəki Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisinin iştirakçısı, Jak Şirakın adını daşıyan Ke Branli (Quai Branly) Muzeyinin baş direktorluğunun üzvü Mahjoub Berreguig AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, muzey Azərbaycan mədəniyyəti ilə bağlı birgə tədbirlər təşkil etməkdə maraqlıdır və buna hazırdır. “Mədəniyyət Mərkəzində ölkənizin mədəniyyəti ilə tanışlıqdan məmnunam. Mərkəz fransızlara Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Bu sərgi də maraqlıdır. Azərbaycanlı rəssamın miniatür əsərləri ilə tanış olduq. Buradakı hər bir əsər ölkə ilə bağlı maraqlı məlumatları əks etdirir”, - deyə M.Berreguig qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris