DÜNYA
Mahmud Abbas və Binyamin Netanyahu beş ildə ilk dəfə bir-birinin əlini sıxıb
Bakı, 30 noyabr, AZƏRTAC
İsrailin Baş naziri Binyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas BMT-nin Parisdə keçirilən iqlim dəyişiklikləri məsələsinə dair konfransının kuluarlarında beş ildə ilk dəfə bir-birinin əlini sıxıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail və Fələstin liderləri tərəflər arasında on illərdir ki, davam edən qarşıdurmanın nizamlanmasına dair birbaşa danışıqların iflasdan - 2010-cu ildən bəri ilk dəfə əl tutub görüşərək replika mübadiləsi ediblər.
Xatırladaq ki, sülh prosesi 2013-cü ildə ABŞ-ın vasitəçiliyi ilə bərpa olunsa da, 9 aydan sonra yenidən pozulmuşdu. 2014-cü ilin yay aylarında isə münaqişə zonasında vəziyyət yenidən gərginləşmiş, İsrail hərbi əməliyyatlara, Fələstin isə raket zərbələrinə başlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]