DÜNYA
Malayziya Tioman adasındakı turistləri təxliyə etmək üçün gəmi göndərib
Tokio, 16 yanvar, AZƏRTAC
Malayziya Tioman adasında yaranan əlverişsiz hava şəraiti ilə əlaqədar oradakı turistləri təxliyə etmək üçün hərbi dəniz qüvvələrinin gəmisini göndərib.
AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, gəmi adadakı 90-dan çox adamı təxliyə edəcək.
Nəşrin məlumatına görə, artıq bir neçə gündür ki, Tioman adasında nəhəng dalğalarla müşayiət olunan pis hava şəraiti davam edir. Ümumilikdə 54 turist və 39 malayziyalı yanvarın 11-dən adadadır.
Qeyd olunur ki, burada yağışlar fəsli oktyabrda başlayaraq martadək davam edir. Yerli qanunverici orqanın nümayəndəsi bildirib ki, hər il yerli hakimiyyət orqanları turistlərə adaya səfərin təhlükəli olması barədə xəbərdarlıq edir. Adaya gedən turistlər bərə ilə qayıtmaq imkanı olacağına inanırlar. Bu il bərə olmadığına görə, turistlər adanı tərk edə bilməyiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio