Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Malik Həsənov: IX Qlobal Bakı Forumu bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır

Malik Həsənov: IX Qlobal Bakı Forumu bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır

Bakı, 20 iyun, AZƏRTAC

Öz işini uğurla başa çatdıran “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Forumun siyasi aktuallığı iştirakçı dövlətlərin say tərkibində özünün aydın ifadəsini tapdı. 50 ölkənin təmsilçisini bir araya gətirməklə həm də Azərbaycanın beynəlxalq imicinə işıq salan bu Forumda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyinə əminlik ifadə edildi. Forum çərçivəsində Bakıda və Şuşada müzakirə olunan məsələlər bir daha bu reallığı təsdiqlədi ki, bu gün yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var. Yeni yanaşmalar haqqında bəhs edərkən ötən il keçirilən VIII Qlobal Bakı Forumundan builki Foruma qədər dünyanın dəyişdiyini görürük. Hər bir ölkə təhlükəsizlik tədbirlərinə öz töhfələrini verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq gündəlikdə dayanan əsas məsələlərdən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, IX Qlobal Bakı Forumunun açılışındakı nitqində tədbirin əhəmiyyətindən, dövrün aktual məsələlərinin müzakirəsində rolundan, ölkəmizin təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev Qarabağ münaqişəsinin artıq tarixə qovuşmasını regionda təhlükəsizlik, sülh üçün mühüm amil kimi dəyərləndirib: “Ölkə Prezidenti tədbir iştirakçılarına müharibədən sonrakı vəziyyət, Qafqazda regional təhlükəsizliklə bağlı Azərbaycanın yanaşmaları barədə ətraflı məlumat verdi. Müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. Postmünaqişə dövrünün əsas reallıqları fonunda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əsasdır. Azərbaycan sülh müqaviləsinin imzalanmasında nə qədər maraqlı olduğunu atdığı addımları, göstərdiyi səyləri ilə təsdiqləyir. Təbii ki, eyni addımları qarşı tərəfdən-Ermənistandan da gözləyirik”.

Deputat onu da əlavə edib ki, 30 ilə yaxın işğal dövründə Azərbaycanın hansı faciələrlə üzləşdiyini xalqımız heç zaman unutmayacaq. İşğaldan azad edilmiş ərazilərimiz erməni vəhşilikləri aydın görünür: bütün evlər dağıdılıb, tarixi və dini abidələrimiz tamamilə yerlə-yeksan olunub ki, bu torpaqların Azərbaycana məxsusluğunu təsdiqləyən izlər tamamilə silinsin. Amma tarix hər zaman öz sözünü deyir. Tarixi silmək, inkar yolunu tutmaq mümkünsüzdür. Azərbaycan ədaləti bərpa edib, öz torpaqlarına qovuşmaq üçün 44 gündə Ermənistana heç zaman unuda bilməyəcəyi dərsi verdi. Dövlətimizin başçısı İlham Əliyev bütün bu reallıqlara əsaslanaraq tədbir iştirakçılarına belə bir həqiqəti də çatdırdı: “Uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik”.

M.Həsənov bildirilib ki, tarixi Zəfərimizdən ötən il yarımdan artıq dövr Azərbaycanın 30 illik işğal zamanı yaşadıqlarının və postmünaqişə mərhələsinin gündəliyinin təqdimatında əhəmiyyətli rol oynayır. Ötən ilki Forumun da panel iclası Şuşada keçirildi. Bu il həmin ənənə davam etdirildi. Bu mühüm addım tədbir iştirakçılarına erməni vəhşiliklərini yaxından izləmək, Azərbaycanın şanlı Qələbəsindən ötən qısa dövrdə bu ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı qazandırır. Azad Qarabağdan, azad Şuşadan ünvanlanan hər bir çağırış, mesaj Ermənistanı və ona bu gün də dəstək verib sülh müqaviləsinin imzalanmasında tərəddüdlərinə səbəb olan dövlətləri ciddi düşündürməlidir. Dövlət başçısı Forumdakı nitqində hazırkı dövrün reallıqları fonunda bəzi suallara qarşı tərəfdən cavab istədi: “Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq. Beləliklə, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər?”

Bölgənin gələcək inkişafından bəhs edərkən dövlət başçısı bu reallığı da xüsusi qeyd etdi ki, biz 30 il itirdik və erməni işğalı olmasa idi Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi.

M.Həsənov artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ATƏT-in Minsk qrupunun vasitəçiliyinə ehtiyacın olmamasından, 28 ildə qurumun fəaliyyətsizliyindən, postmünaqişə dövründə hansısa təklifi irəli sürmək imkanında olmamasından, hələ də ikili standartlara əsaslanan siyasətdən irəli gələn yanaşmalardan geniş bəhs edərək diqqəti Avropa İttifaqının vasitəçiliyinə yönəldib: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dəfələrlə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüssel görüşləri keçirilib. Bu görüşlər sülh gündəliyinin formalaşmasında və onun müəllifi kimi Azərbaycanın irəli sürdüyü təkliflərin, prinsiplərin təqdimatında mühüm rol oynayır. Dövlət başçısının IX Qlobal Bakı Forumundakı nitqində sülh müqaviləsinin imzalanması ilə bağlı fikirləri Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilib. Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir. Belə ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabındakı paylaşımında yazıb ki, Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum. Ermənistanla müsbət dinamikanın ardınca indi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir