İQTİSADİYYAT
Mart ayında Bakı İstilik Elektrik Mərkəzində 56,7 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir
Bakı, 19 aprel (AZƏRTAC). “Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, mart ayında Bakı İstilik Elektrik Mərkəzində (İEM) 56 milyon kilovat-saat əvəzinə 56,7 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. İstilik enerjisinin buraxılışı 43,4 min hika-kaloriyə yaxın olmuşdur. Bu proqnozdan 2,4 min hika-kalori çoxdur.
Birinci rübdə müəssisədə 163,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Bu göstərici proqnozdan 12,5 milyon kilovat-saat çoxdur. Eyni zamanda, 123,5 min hika-kalori əvəzinə 129,8 min hika-kaloridən artıq istilik enerjisi buraxılmış, elektrik enerji istehsalının xüsusi sərfi və şərti yanacaq sərfində qənaət edilmişdir.
“Bakı” İEM-də hər birinin gücü 53,5 meqavat olan iki qaz-turbin qurğusu fəaliyyət göstərir. Burada hasil edilən buxar respublikamızın ən iri emal müəssisələrindən olan “Azərneftyağ” İstehsalat Birliyinin tələbatını tam ödəyir. “Azəristiliktəchizat” ASC də müəssisənin tələbatçılarındandır.