Masallının Böyük Xocavar kəndində evdə yanğın olub
Bakı, 23 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Böyük Xocavar kəndi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Ümumi sahəsi 460 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altıotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr və evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:33]
Şəki-Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib
- 05.06.2026 [14:36]
Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar
- 05.06.2026 [14:34]
Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:42]