İQTİSADİYYAT
“MBA-MOSKVA” bankı RBK reytinqində plastik kartların sayına görə 82-ci yeri tutmuşdur
Moskva, 20 aprel (AZƏRTAC). “MBA-MOSKVA” bankı RBK-nın “1 yanvar 2011-ci il tarixində plastik kartların sayına görə ən iri banklar” reytinqində 82-ci yeri tutmuşdur.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, 2011-ci il yanvarın 1-də “MBA-MOSKBA” bankının dövriyyədə olan plastik kartlarının sayı 27.125 vahidə bərabər olmuşdur.
“MBA-MOSKVA” həm də RBK-nın “1 yanvar 2011-ci il tarixində Rusiyada xüsusi bankomatların sayına görə lider banklar” rentinqinə daxil edilmiş və bu siyahıda 82-83-cü yerləri bölüşdürmüşdür. 2011-ci ilin əvvəlində “MBA -MOSKVA”-nın bankomatlar şəbəkəsində 40 bankomat olmuşdur.
“MBA-MOSKVA” Azərbaycan Beynəlxalq Bankının Rusiya ərazisində fəaliyyət göstərən yüz faiz Azərbaycan kapitalına əsaslanan ilk və yeganə törəmə strukturudur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva