İQTİSADİYYAT
“MBA_Moskva” Bankının istiqrazları Rusiya Bankının Lombard siyahısına daxil edilmişdir
Bakı, 19 avqust (AZƏRTAC). Rusiya Bankının Xarici və ictimai əlaqələr departamenti bildirir ki, Rusiya Bankı Direktorlar Şurasının qərarına uyğun olaraq “Bank “MBA_Moskva” MMC-nin 40103395B dövlət qeydiyyat buraxılış nömrəli istiqrazları qiymətli kağızlar kimi Lombard siyahısına daxil edilmişdir.
Qeyd etmək lazımdır ki, Lombard siyahısı - RF MB tərəfindən kredit keyfiyyəti bank sisteminin yenidən maliyyələşdirilməsinə dair proqram çərçivəsində banklara pul vəsaitinin verilməsi üzrə təminatçı kimi çıxış etməyə yetərli olduğu qiymətləndirilən emitentlərin istiqrazlarının siyahısıdır. İndi “MBA_Moskva” Bankının istiqrazları kredit təşkilatları tərəfindən RF MB-nin lombard kreditinin alınması zamanı girov qoyula bilər.