Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

M.C. Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin