Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MDB-NİN MÜŞAHİDƏÇİLƏR MİSSİYASI AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNİN LEGİTİM, AÇIQ VƏ ŞƏFFAF KEÇİRİLDİYİNİ BİLDİRİR

MDB-nin müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr edilmiş mətbuat konfransında demişdir ki, missiyanın fikrincə, Azərbaycan Prezidenti seçkiləri legitim, açıq və şəffaf keçmişdir.

Müstəqil Dövlətlər Birliyindən olan müşahidəçilər missiyasının Azərbaycanda prezident seçkilərinin hazırlanması və keçirilməsini müşahidənin nəticələri barədə bəyanatında deyilir ki, missiya Azərbaycan tərəfinin dəvəti əsasında 2008-ci il avqustun 1-dən etibarən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanmasını və keçirilməsininin monitorinqini həyata keçirmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası MDB ölkələrini, MDB İcraiyyə Komitəsini, Parlamentlərarası Assambleyanı, MDB ölkələrinin milli parlamentlərini və diplomatik korpusunu təmsil edən 394 beynəlxalq müşahidəçini akkreditə etmişdi. Müşahidəçilərdən 23 nəfəri uzunmüddətli əsaslar üzrə işləyirdi.

Missiya öz fəaliyyətində Azərbaycan Respublikasının seçki qanunvericiliyini, MDB-nin üzvü olan dövlətlərdə prezident və parlament seçkilərində, eləcə də referendumlarda MDB-dən olan müşahidəçilər missiyası haqqında Əsasnaməni, Mərkəzi Seçki Komissiyasının seçki kampaniyası çərçivəsində qəbul etdiyi qərarları rəhbər tutmuşdur.

Müşahidəçilər öz funksiyalarını heç kimdən asılı olmadan, müstəqil şəkildə yerinə yetirmiş, bu zaman Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq hüququn seçkilərin təşkili və keçirilməsi sahəsində hamı tərəfindən tanınan normalarına riayət etmiş, seçki prosesinə müdaxilə etməmişlər.

MDB-dən olan müşahidəçilərin işini missiyanın Bakıdakı qərargahı və onun Qubada, Gəncədə, Lənkəranda, Naxçıvanda, Xaçmazda yerləşən bölmələri əlaqələndirirdi.

Azərbaycan Respublikasının bütün 125 seçki dairəsində müşahidə aparılmışdır.

Missiyanın qərargahı prezident seçkilərinin monitorinqinin gedişində MDB Parlamentlərarası Assambleyası tərəfindən yaradılmış Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Edilməsinin Monitorinqi üzrə Beynəlxalq İnstitutun nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmişdir. Bu, missiyanın seçki prosesinin gedişini daha tam və daha obyektiv qiymətləndirməsinə imkan vermişdir.

Missiya bildirir ki, Azərbaycan Respublikasında prezident seçkilərinin hazırlanmasını və keçirilməsini beynəlxalq və daxili səviyyədə müşahidə etmək üçün zəruri hüquqi və təşkilati-texniki şərait yaradılmışdı.

MDB-dən olan müşahidəçilər seçki prosesini tənzimləyən sənədlərdən istifadə etmiş, bütün səviyyələrdə seçki komissiyalarının iclaslarında iştirak etmiş, prezidentliyə namizədlərlə, onların seçkiqabağı qərargahlarının rəhbərləri ilə, seçicilərlə, icra hakimiyyəti orqanlarının nümayəndələri ilə ünsiyyətdə olmuşlar. Missiyanın qərargahı seçki kampaniyası ilə bağlı məsələlər barədə ölkə hökumətinin, Mərkəzi Seçki Komissiyasının, Respublika Prokurorluğunun, Ali Məhkəmənin, Daxili İşlər Nazirliyinin, Milli Televiziya və Radio Şurasının rəhbərləri ilə görüşlər keçirmişdir.

MDB-dən olan müşahidəçilər müntəzəm surətdə respublikanın regionlarında dairə və məntəqə seçki komissiyalarında olmuşlar.

Missiya açıq və aşkar şəraitdə işləmiş, öz funksiyalarının yerinə yetirilməsi barədə ölkə əhalisini məlumatlandırmışdır. Press-relizlər, aralıq hesabatlar buraxılmış, televiziya, radio və mətbu kütləvi informasiya vasitələrinin müxbirlərinə müsahibələr verilmişdir.

Seçki kampaniyasının monitorinqi çərçivəsində missiyanın başçısı və onun qərargahının rəhbəri ATƏT-in Azərbaycanda prezident seçkilərini izləyən müşahidəçilər missiyasının başçısı ilə iki dəfə görüş keçirmişdir.

Azərbaycan Respublikası Prezidenti seçkiləri Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin, ölkənin bir sıra qanunlarının müddəaları, eləcə də Seçki Məcəlləsinin ayrı-ayrı müddəalarının inkişafı kimi Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarlar əsasında keçirilmişdir.

Milli seçki qanunvericiliyində vətəndaşların seçki hüquqlarının və azadlıqlarının təmin edilməsi, demokratik seçkilərin təşkili haqqında beynəlxalq normativ hüquqi sənədlərin seçkilərin ümumi xarakteri, bərabər seçki hüquqları, gizli səsvermə, seçki hüququnun təmin edilməsi kimi əsas prinsipləri əks olunmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsinin yekunlarına dair missiyanın tövsiyəsi ilə məntəqə seçki komissiyalarına seçicilərin siyahısına daxil edilməmiş, lakin həmin məntəqənin ərazisində yaşamasını təsdiq edən sənədləri olan vətəndaşları seçicilər siyahısına daxil etmək hüququ verilmişdir. Beləliklə, müəyyən edilmiş müddətdə və səsvermə günü bu cür qərarın yalnız məhkəmə tərəfindən qəbul edilməsi barədə Seçki Məcəlləsinin maddəsinə dəyişiklik olunmuşdur.

MDB-dən olan müşahidəçilər bildirirlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi azad və demokratik seçkilər keçirilməsi imkanlarını təmin edir.

Azərbaycan Respublikasında prezident seçkilərinin hazırlanmasını və keçirilməsini Mərkəzi Seçki Komissiyası, 125 dairə seçki komissiyası və daimi fəaliyyətdə olan 5148 məntəqə seçki komissiyası həyata keçirmişdir. Bundan əlavə, MSK-nın verdiyi məlumata görə, Azərbaycan vətəndaşlarının mümkün qədər çox hissəsinə ölkə prezidenti seçkilərində iştirak etmək imkanı vermək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və daimi nümayəndəliklərində 33 seçki məntəqəsi yaradılmışdır. Beləliklə, Azərbaycan hüdudlarından kənarda 10 mində çox seçici səs vermək imkanı qazanmışdı. Səsvermədən beş gün əvvəl səfərdə olan gəmilərdə, müalicə, sağlamlıq və başqa təyinatlı müəssisələrdə 178 məntəqə yaradılmışdı. Prezident seçkiləri günündə cəmi 5359 məntəqə seçki komissiyası fəaliyyət göstərmişdir.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçki komissiyaları yaradılmış, onların tərkibi və ünvanları haqqında məlumat MSK-nın saytında yerləşdirilmişdir.

MDB-dən olan müşahidəçilər Mərkəzi Seçki Komissiyasının məqsədyönlü işini yüksək qiymətləndirirlər. MSK-nın təşəbbüsü ilə dairə seçki komissiyalarının əksəriyyətinin iş şəraiti və onların fəaliyyətinin maddi-texniki təminatı yaxşılaşdırılmışdır. Dairə və məntəqə seçki komissiyaları rəhbərlərinin və üzvlərinin öyrədilməsi və onların peşəkar hazırlıq səviyyəsinin artırılması sistemi yaradılmışdı. Seçki prosesinin ən mühüm məsələlərinə dair bu insanlarla keçirilən müntəzəm treninqlər müsbət qiymətləndirilmiş, iştirakçıların fikrincə, bu treninqlər peşəkar vərdişlərin səviyyəsinin artmasına kömək etmişdir. Seçki komissiyalarına kömək məqsədi ilə Seçki Məcəlləsinin müddəalarının praktik tətbiqi qaydaları, müvafiq təlimatlar və izahatlar işlənib hazırlanmışdır.

Mərkəzi Seçki Komissiyasının fəaliyyəti açıq və aşkar olmuşdur. Komissiyanın iclaslarında beynəlxalq müşahidəçilər, prezidentliyə namizədlərin vəkilləri, siyasi partiyaların nümayəndələri, jurnalistlər iştirak etmişdir. Qəbul edilmiş qərarlar kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyətə çatdırılmışdır.

Dairə və məntəqə seçki komissiyalarının işi də aşkarlıq və şəffaflığı ilə səciyyələnmişdir. Bu komissiyalar müşahidəçilərə seçki prosesinin təşkili barədə zəruri məlumatları təqdim etmişlər.

Prezidentliyə namizədlərin hər birinə bütün səviyyəli seçki komissiyalarında məşvərətçi səs hüququ ilə komissiya üzvləri kimi öz nümayəndələrini təyin etmək hüququ verilmişdi. MDB-dən olan müşahidəçilər seçkilərin təşkilatçılarının bu seçkiləri aşkar və demokratik şəraitdə keçirmək səylərini vurğulayırlar.

Missiya bildirir ki, seçki komissiyaları seçkiqabağı təbdirləri qanunvericilikdə müəyyən edilmiş müddətlərdə həyata keçirmişlər.

Məntəqə seçki komissiyaları seçicilərə qabaqcadan səsvermənin harada, nə vaxt keçiriləcəyi və səsvermə qaydası göstərilən bildirişlər göndərmişlər. 60 mindən çox seçiciyə uçotdançıxma vəsiqələri verilmiş, beləliklə, onlar öz seçki məntəqlərinin hüdudlarından kənarda səsvermədə iştirak etmək imkanı əldə etmişlər. Seçki Məcəlləsində müəyyən edilmiş müddətlərdə zəruri sayda seçki bülletenləri hazırlanmış və seçki komissiyalarına göndərilmişdir.

MDB-dən olan müşahidəçilər azad və şəffaf seçkilər keçirilməsinin təmin edilməsi üçün Azərbaycanın dövlət orqanları tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirirlər.

Azərbaycan Respublikası özünün beynəlxalq öhdəliklərinə müvafiq olaraq, prezident seçkilərinin monitorinqinin keçirilməsi üçün beynəlxalq müşahidəçiləri qabaqcadan dəvət etmişdir. Azərbaycanın siyasi partiyalarına və vətəndaşlarına prezident seçkilərinin, bütün səviyyələrdən olan seçki komissiyalarının fəaliyyətinin müşahidə olunmasında iştirak etmək hüququ verilmişdir. 45 mindən çox yerli müşahidəçi, o cümlədən 7 mindən çox müstəqil müşahidəçi akkreditə edilmişdir. Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, vətəndaşların toplaşmaq azadlığı hüquqlarının həyata keçirilməsi məsələlərində polis əməkdaşlarının peşəkar hazırlıq səviyyəsinin artırılması üçün əlavə tədbirlər görmüş, polis orqanlarının şəxsi heyəti üçün xüsusi təlim seminarları və məşğələlər keçirmiş, eləcə də seçki kampaniyası dövründə ictimai təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görmüşdür. Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərlə prezident seçkiləri mövzusuna həsr olunmuş seminarlar təşkil etmişdir. Respublika Prokurorluğu da analoji işlər görmüşdür.

Missiyanın qərargahı seçki prosesinin monitorinqi çərçivəsində seçki qanunvericiliyinin pozulması halları barədə müraciətlərə və şikayətlərə baxmaq səlahiyyətinə malik olan dövlət orqanları ilə qarşılıqlı əlaqə saxlamışdır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, onun ünvanına bu cür 7 müraciət daxil olmuş, onlara baxılaraq, müvafiq qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prokurorluğu və Daxili İşlər Nazirliyi bildirmişdir ki, seçki qanunvericiliyinin pozulması faktları üzrə cinayət işləri qaldırılmamış, hüquq mühafizə orqanlarına bu cür müraciətlər daxil olmamışdır.

Mərkəzi Seçki Komissiyası seçki məntəqələri, seçki dairələri və bütövlükdə Azərbaycan Respublikası üzrə seçicilərin vahid siyahısını hazırlamışdır.

Bütün səviyyələrdən olan seçki komissiyaları seçki dairələri və məntəqələri üzrə seçicilərin sayının dəyişməsi ilə əlaqədar məlumatları daim təhlil etmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, seçki məntəqələrində seçicilərin sayı 1500 nəfərdən çox olmamalıdır. Bu say artan hallarda ya seçki məntəqələrinin hüdudları müvafiq qaydada dəyişdirilmiş, yaxud da yeni seçki məntəqələri yaradılmışdır. MSK-nın məlumatına görə, məntəqələrdə seçicilərin sayı 1500 nəfərdən çox olan 65 seçki dairəsində 166 yeni seçki məntəqəsi yaradılmışdır.

Seçki komissiyaları müvafiq məntəqələrin ərazisində yaşayan vətəndaşların seçici siyahıları ilə tanış olmasını təşkil etmiş və zəruri hallarda siyahılara dəyişikliklər etmişlər. Seçicilərin siyahıları Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilmiş, xüsusi “qaynar xətt” telefon xidməti yaradılmışdır ki, bu da vətəndaşların siyahılarda onlara aid məlumatların tam və dəqiq olmasını yoxlamaq imkanlarını genişləndirmişdir.

MDB-dən olan müşahidəçilərin fikrincə, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı prinsipləri alternativlik və rəqabət prinsiplərinə riayət edilməklə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun aparılmışdır. Prezident vəzifəsinə namizədlərin hamısı üçün eyni hüquqi şərtlərə, onların namizədliyinin irəli sürülməsi və qeydiyyata alınmasında vahid tələblərə riayət edilmişdir.

Siyasi partiyalar və vətəndaşların təşəbbüs qrupları və namizədlərin özləri tərəfindən 21 namizəd irəli sürülmüşdür. Onlar hamısı müəyyən olunmuş qaydada Mərkəzi Seçki Komissiyasına müraciət etmiş və özlərinin xeyrinə imza toplamaq üçün imza vərəqələri almışdır. Lakin sonradan 10 nəfər imza toplamaqdan imtina etmiş, bir iddiaçı öz namizədliyini geri götürmüş, iki nəfər zəruri sayda seçici imzası toplaya bilməmiş, bir namizədin qeydə alınmasından imtina edilmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidenti vəzifəsinə 7 namizədi qeydə almışdır.

MDB-dən olan müşahidəçilərin fikrincə, ali dövlət vəzifəsinə bu qədər namizədin seçki kampaniyasında iştirak etməsi ölkədə real siyasi plüralizmin olmasına dəlalət edir, səsvermə günü seçicilərin seçim imkanının olduğunu göstərir.

Azərbaycan Respublikası Prezidenti vəzifəsinə namizədlərin dəstəklənməsi üçün sentyabrın 17-də başlanmış seçkiqabağı təşviqat açıq və aşkar şəkildə aparılmışdır. Dövlət və yerli icra hakimiyyəti orqanları seçkiqabağı təşviqat aparılmasını təmin etmiş, namizədlərin təşviqat kampaniyasını sərbəst aparmaları, seçicilərlə görüşlər keçirilməsi, hər bir seçki dairəsində quraşdırılmış xüsusi təşviqat lövhələrində mətbu təşviqat materiallarının yerləşdirilməsi, eləcə də kütləvi informasiya vasitələrində çıxışlar üçün onlara bərabər imkanlar yaratmışdır.

İctimai teleradio namizədlərə pulsuz efir vaxtı ayırmışdır. Namizədlərin çıxışları üçün efir vaxtı verilməsinin ardıcıllığı püşkatma yolu ilə müəyyən edilmişdir. Prezidentliyə namizədlərin çap məhsullarının, eləcə də ali dövlət vəzifəsinə namizədlər haqqında seçicilərin məlumatlandırılması üçün materialların yerləşdirilməsi məqsədi ilə “Azərbaycan”, “Xalq qəzeti” , “Respublika” və “Bakinski raboçi” qəzetlərinin səhifələrində pulsuz yer ayrılmışdır.

Namizədlərin seçici səsləri uğrunda mübarizəsinin forma və metodları qanunvericilik və etik normalar çərçivəsində olmuşdur. Respublikanın regionlarında mitinqlərdən, yığıncaqlardan, seçicilərlə görüşlərdən, bilavasitə elektorata müraciətlərdən, radio və televiziya vasitəsilə “dəyirmi masalar” formasında debatlardan istifadə edilmişdir.

Beləliklə, seçki qanunvericiliyinə uyğun olaraq, ölkədə seçkiqabağı təşviqatın sərbəst şəkildə, prezidentliyə namizədlərə öz siyasi baxışlarını və rəylərini, seçkiqabağı proqramlarının müddəalarını açıq şərh etməyə, seçicilərin isə bu şərtlərlə tanış olmasına, onları müzakirə etməsinə və düşünülmüş şəkildə səs verməsinə imkan yaradan şəraitdə aparılmasına yönəlmiş tədbirlər həyata keçirilmişdir.

Bununla belə, MDB-dən olan müşahidəçilər Bakıda, Sumqayıtda və başqa şəhərlərdə prezidentliyə ayrı-ayrı namizədlərin təşviqat plakatlarının cırılması faktlarını qeyd etmişlər.

Missiyanın nümayəndələri seçki günündə 3726 seçki məntəqəsində olmuş, bütün seçki dairələrində monitorinqlər keçirmişlər. Onlar seçki məntəqələrinin açılmasında iştirak etmiş, səsvermə prosesini və məntəqə seçki komissiyaları tərəfindən səsverməyə yekun vurulmasını müşahidə etmişlər.

MDB-dən olan müşahidəçilərin verdiyi məlumata görə, səsvermə sakit şəraitdə keçmiş, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə və demokratik seçkilər keçirilməsinin hamı tərəfindən tanınan normalarına uyğun olmuşdur. Bütün məntəqələrdə siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından olan müşahidəçilər olmuşdur.

MDB-dən olan müşahidəçilər bildirmişlər ki, onların monitorinq keçirməsi üçün şərait yaradılmış, seçki məntəqələri zəruri informasiya materialları, sənədlər və avadanlıqla təmin edilmişdir. Səsvermədə şəffaf qutulardan istifadə olunmuşdur. Seçki məntəqələrinin təqribən 10 faizi səsvermə prosesini real vaxt rejimində internet vasitəsilə müşahidə etməyə imkan verən veb-kameralarla təchiz edilmişdir.

Müşahidəçilər öz hesabatlarında texniki xarakterli bəzi çatışmazlıqları və nöqsanları da qeyd etmişlər. Məsələn:

77 saylı dairənin 8 saylı seçki məntəqəsində seçicilər səs vermək üçün binaya daxil olarkən onların heç də hamısının markalanmış olması yoxlanılmırdı;

28 saylı dairənin 4 saylı seçki məntəqəsində komissiya üzvləri ayrı-ayrı ahıl seçicilərin xahişi ilə onların səsvermə bülletenini doldurmasına kömək edirdi;

29 saylı dairənin 19 saylı seçki məntəqəsində ATƏT-dən olan beynəlxalq müşahidəçi seçicilər bülletenləri doldurarkən gizli səsvermə kabinələrinə boylanırdı;

77 saylı seçki dairəsinin 1, 3, 8, 9, 30 saylı seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların böyüdülmüş nümunələri asılmamışdı.

Göstərilən faktlar kütləvi olmamış və seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə təsir göstərməmişdir.

Missiyanın üzvləri məntəqə seçki komissiyaları tərəfindən seçici səslərinin sayılması prosedurunu müşahidə etmişlər. Müşahidəçilərin sözlərinə görə, onların olduqları seçki məntəqələrində bu prosedurun şəffaflığı təmin edilmişdir. Bu isə məntəqə seçki komissiyalarının ictimaiyyətin səsvermənin nəticələrinə etimadını təmin etməyə səy göstərməsinə dəlalət edir.

MDB-dən olan müşahidəçilər öz nəticələri və rəylərində yalnız şəxsi müşahidələrinə, uzunmüddətli və qısamüddətli monitorinq prosesində toplanmış faktik materialın və məlumatların təhlilinə əsaslanırlar.

Missiyanın fikrincə, Azərbaycan Respublikasında baş tutmuş prezident seçkiləri mütəşəkkil qaydada, ölkə vətəndaşlarının yüksək maraq göstərməsi fəallığı şəraitində keçmişdir. Bütün səviyyəli seçki komissiyaları, dövlət orqanları, mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaşların seçki hüquqlarının qorunmasını və seçicilər tərəfindən bu hüquqların həyata keçirilməsini təmin etmişdir. Prezident seçkilərinin gedişində irqi, milli, dini və cinsi mənsubiyyətindən, mənşəyindən, əmlak və xidməti vəziyyətindən, əqidələrindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubluğundan və ya başqa statusundan asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək və seçilmək hüququna malik olması barədə Seçki Məcəlləsinin normalarına riayət edilmişdir.

Müstəqil Dövlətlər Birliyindən olan Müşahidəçilər Missiyası hesab edir ki, 2008-ci il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkədə qüvvədə olan seçki qanunvericiliyinin normalarına uyğun qaydada keçirilmişdir;

prezident seçkilərini legitim, açıq və şəffaf keçirilməsini tanıyır;

bu seçkilərin ölkədə ictimai həyatın daha da demokratikləşməsinin mühüm amili olduğunu təsdiq edir.

Sergey Lebedev MDB-dən olan müşahidəçilər missiyasının çıxardığı nəticələrə və verdiyi qiymətlərə şərik olan başqa beynəlxalq müşahidəçilərin də bu bəyanata qoşulmalarını təklif etmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb