SİYASƏT
MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanatı
Moskva, 8 aprel, AZƏRTAC
MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanatında deyilir: “Müstəqil Dövlətlər Birliyində Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində qurbanlara, o cümlədən mülki əhali arasından itkilərə gətirib çıxaran hərbi toqquşmalar haqqında məlumatları dərin narahatlıqla qarşılayırlar”.
Bəyanatda qeyd olunur: “Münaqişə tərəflərini hərbi əməliyyatların dayandırılması rejiminə ciddi əməl etməyə, yeni insan qurbanlarına yol verməmək üçün təmkinli olmağa çağırırıq.
Vəziyyətin sabitləşdirilməsi və münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilən prinsiplər əsasında dinc yolla nizamlanmasında səylərin artırılması üçün ən qısa müddətdə mümkün olan bütün tədbirlərin görülməsi vacibdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva