İQTİSADİYYAT
Mədəniyyət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti xərcləri son dörd ayda çox icra edilib
Bakı, 13 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz və ya 5,5 milyon manat artaraq 161,6 milyon manat icra olunub.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 170,8 milyon manat proqnoza qarşı 94,6 faiz və ya 9,3 milyon manat kəsrlə icra edilərək illik proqnozun 38,6 faizini təşkil edib. Cari ilin altı ayında mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və fevral aylarında az, digər aylarda çox icra olunub.