ELM VƏ TƏHSİL
Məhəbbət Vəliyeva: Bakıda bəzi məktəblərin rus bölmələrinin siniflərində şagird sayı azlıq təşkil edir
Bakı, 12 sentyabr, AZƏRTAC
Bakıda bəzi məktəblərin rus bölmələrinin siniflərində şagird sayı azlıq təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında bildirib.
Nazir müavini deyib: “Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsində sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb. Bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir göstərib. Buna görə də BŞTİ son üç ildə 9-cu siniflərin tədrisini davamlı təmin edə bilməyən məktəblərin siniflərinin yaxın ərazilərə köçürülməsinə və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb”.