Azərbaycan Dövlət İnformasiya Agentliyi

“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 413; 1999-cu il, №5, maddə 284, №7 maddə 396, №10, maddə 570; 2001-ci il, №5, maddə 292, №6, maddə 379, №7, maddə 455; 2002-ci il, №1, maddə 4, №12, maddə 706; 2003-cü il, №6, maddə 278; 2004-cü il, №2, maddə 57, №3, maddə 133, №4, maddə 199, №8, maddələr 597, 598, №9, maddə 669, 2005-ci il, №1, maddə 7, №8, maddə 686; 2006-cı il, №1, maddə 4, №12, maddə 1005; 2007-ci il, №5, maddə 446; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 385-IIIQD nömrəli və 19 oktyabr tarixli 462-IIIQD nömrəli qanunları) 107-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Hakim illik məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin il (illər) üçün istifadə edilməmiş məzuniyyətə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir”.

II. Bu Qanun 2007-ci il dekabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin