SİYASƏT
Meksika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Bakı, 18 iyul (AZƏRTAC). Meksika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Meksika Konqresinin deputatı, Azərbaycan-Meksika dostluq qrupunun sədri Marcos Perez Esquer demişdir.
Marcos Perez Esquer bildirmişdir ki, Meksika Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə həssaslıqla yanaşır və Xocalı soyqırımı haqqında qətnamə qəbul etmişdir.
Marcos Perez Esquer Meksikanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Meksika üçün ölkələrin ərazi bütövlüyü prioritet məsələdir. Buna görə də Meksika Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz problemi kimi yanaşır. Marcos Perez Esquer münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına inandığını bildirmişdir.