DÜNYA
Meksika öz neftini hasilat xərcindən də ucuz qiymətə satır
Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC
Meksikanın hasil etdiyi xam neftin bir barrelinin qiyməti beynəlxalq bazarlarda 22,07 dollara satılır. Bu o deməkdir ki, Meksika nefti hasilat xərcindən - 23 dollardan da 93 sent ucuz qiymətə bazara çıxarılır.
AZƏRTAC “Financiero” xəbər portalına istinadla xəbər verir ki, bununla da Meksikanın dövlət neft şirkəti “Pemex” hasil etdiyi hər barrel neftə görə 93 sent itirir.
Meksikalı analitiklər isə keçən ilin dekabrında 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkənin neft gəlirlərinin 38 faiz azaldığını bildiriblər.
Dünyanın ən böyük neft istehsalçılarından biri olan Meksika qlobal bazarda təxminən 3 faizlik paya malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [21:40]
Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır
- 06.05.2024 [21:01]
HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]