DÜNYA
Meksikada 10 avtomobilin toqquşması nəticəsində 20 nəfər həlak olub
Bakı, 13 fevral, AZƏRTAC
Sərnişin avtobusunun, yük maşınının və 8 digər avtomobilin toqquşması nəticəsində ən azı 20 nəfər həyatını itirib, 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, insident Meksikanın mərkəzində yerləşən Puebla ştatında baş verib.
Şahidlərin sözlərinə görə, sərnişin avtobusu əvvəlcə yük maşını ilə toqquşub. Sonra digər avtomobillər də qəzaya uğrayan maşınlara çırpılıb. Onların bəziləri zərbənin təsirindən alışıb.
Hazırda hadisə yerində xilasedici dəstələr, mülki müdafiə qüvvələri, yanğınsöndürənlər və hərbçilər işləyirlər. Yol nəqliyyat hadisəsinin baş verdiyi rayonda avtomobillərin hərəkəti tamamilə dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [21:40]
Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır
- 06.05.2024 [21:01]
HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]