ELM VƏ TƏHSİL
“MƏKTƏBLİ GƏNCLƏR HEYDƏR ƏLİYEV ZƏKASININ İŞIĞINDA” MÖVZUSUNDA MÜSABİQƏNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 27-də Bakının ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda təşkil edilmiş müsabiqənin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilmişdir.
Müsabiqənin nəticələrinə görə, 60 nəfər qalib adına layiq görülmüşdür.
Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramına (2006-2010-cu illər) uyğun olaraq təşkil olunan tədbirdə Milli Məclis deputatları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və digər çıxış edənlər qalibləri təbrik etmiş, onlara yeni nailiyyətlər arzulamışlar.
Qaliblər “Heydər Əliyev və Azərbaycan”, “XXI əsrin xanım lideri - Mehriban Əliyeva” və digər mövzularda yaradıcılıq işlərini nümayiş etdirmişlər.
Müsabiqədə uğur qazanmış məktəblilərə “Azərbaycanın Milli Ensiklopediyası” və diplomlar təqdim olunmuşdur.
######