Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mərkəzi Bank pandemiya şəraitində əhalinin və biznesin dəstəklənməsi üçün əlavə tədbirlər barədə qərar qəbul edib

Mərkəzi Bank pandemiya şəraitində əhalinin və biznesin dəstəklənməsi üçün əlavə tədbirlər barədə qərar qəbul edib

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planının “Karantin rejimi müddətində pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul edib. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamında nəzərdə tutulan müvafiq tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda, daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyasını, dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur.

Pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi iqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, cari il martın 1-nə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti bu il sentyabrın 30-dək pisləşdirilməyəcək.

Eyni zamanda, bu il martın 1-nə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiya imkanlarının yaradılması nəzərdə tutulur. Bu tədbir nəticəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş 1 milyard manat həcmində biznes kreditləri üzrə 10 minədək iş adamının güzəştlərdən faydalanması üçün imkan yaranacaq.

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Bu tədbir nəticəsində 1,1 milyard manat həcmində ipoteka krediti üzrə 23 minədək sayda borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. Martın 1-dək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası sentyabrın 30-dək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək. Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100 faizdən 50 faizədək azaldılması barədə qərar qəbul edilib.

Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında sentyabrın 30-dək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1 faiz azadılması nəzərdə tutulur. Eyni zamanda, bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.

Bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması istiqamətində tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərin risk səviyyəsi 100 faizdən 20 faizə qədər azaldılacaq və beləliklə bu sahəyə banklar tərəfindən daha ucuz və daha az kapital sərf etməklə kredit ayırmağa imkan yaradılacaq.

İqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsini nəzərə alaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə sentyabrın 30-dək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50 faizədək endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50 faizə qədər endirilməsi tədbirləri nəzərdə tutulur.

Pandemiya şəraitində iqtisadi aktivliyin azalması sığorta bazarında sığorta haqlarının həcminə də mənfi təsir etməkdədir. Digər tərəfdən sığorta olunanlarla sığortaçılar arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması istiqamətində də tədbirlər nəzərdə tutulur.

Könüllü sığorta müqavilələri üzrə karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində sentyabrın 30-na kimi möhlət verilməsi, habelə sığorta xidmətlərinin elektron vasitələrdən effektiv istifadə etməklə göstərilməsi sığortaçılara tövsiyə edilib. Karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə sığorta haqlarının ödənilməsində veriləcək möhlətlər ilə bağlı olaraq sığorta şirkətlərinə münasibətdə ilin sonunadək müvafiq requlyativ yumşalmalar tətbiq ediləcək.

Mərkəzi Bank tərəfindən koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində də tədbirlərin həyata keçrilməsi nəzərdə tutulur.

Bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərin görülməsi 2021-ci il yanvarın 1-dək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə bu il sentyabrın 30-dək uzadılacaq. Bununla yanaşı qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılıb.

Eyni zamanda, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin cari il sentyabrın 30-dək investorlardan tutulmaması, Bakı Fond Birjasına isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərini 2021-ci il yanvarın 1-dək tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcək. Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının requlyativ yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşıdırılmasını və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasını təmin edilmişdir. Bütövlükdə nəzərdə tutulan tədbirlər pandemiya şəraitində biznesə və əhaliyə göstərilən maliyyə xidmətlərinin fasiləsizliyinin təmin olunmasına, iqtisadiyyatın kreditləşməsinin davam etdirilməsinə, maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunmasına şərait yaradacaq.

Bütün qeyd olunan tədbirlərin (tədbirlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar - https://uploads.cbar.az/press-releases/4abaa71e03055090a17e75d89.pdf) səmərəli icrasını təmin etmək üçün əlaqədar dövlət orqanları və maliyyə sektorunun iştirakçıları, maliyyə xidmətlərinin istehlakçıları ilə birlikdə sıx koordinasiya işi qurulacaq və əldə olunan nəticələr barədə cəmiyyət davamlı olaraq məlumatlandırılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə