İQTİSADİYYAT
Mərkəzi Bankın 40-a yaxın əməkdaşı qanvermə aksiyasındaiştirak edib
Bakı, 29 noyabr, AZƏRTAC
Mərkəzi Bankda korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qanvermə aksiyası keçirilib.
Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildiriblər ki, qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçiblər. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən ilə 40-a yaxın əməkdaşdan qan götürülüb.
Tədarük olunan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə ediləcək.
Mərkəzi Bank gələcəkdə də müxtəlif sosial layihələrin həyata keçirilməsini planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]