Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103076S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.00 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 655 milyon 991 min 200 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5351 AZN (6.00 faiz), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.00 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib. Notlar noyabrın 28-də ödəniləcək.