ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana resurslardan səmərəli istifadəni genişləndirir
![](/files/galleryphoto/2015/3/1200x630/14478584223916417552_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14478584223385631092_1200x630.jpg)
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) ümumi iclası keçirilib.
Tədbirdə kitabxananın direktoru Leyla İmanova akademiyanın 70 illik yubileyinə həsr edilən tədbirdəki çıxışında Prezident İlham Əliyevin alimlər qarşısında irəli sürdüyü elmi prioritetlərdən danışıb. Qeyd edilib ki, akademiyanın elmi müəssisələrinin qarşısında bir sıra mühüm vəzifələr qoyulub. MEK-in direktoru deyib ki, bütün bunlar kitabxananın qarşısına hazırda icrasına başladığımız layihələrin sürətləndirilməsi, səmərəliliyinin artırılması və elmin müxtəlif sahələrinə tətbiq olunması məqsədini qoyur.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, iclasda L.İmanova İnformasiya Resursları Mərkəzində hazırlanan vahid idarəetmə proqramından da danışıb. Proqramın ilkin mərhələlərdə AMEA-nın elmi müəssisələrində, sonra isə tərəfdaş kitabxana və digər qurumlarda istifadə olunacağı vurğulanıb. Qeyd edilib ki, kitabxanada hazırda əlavə investisiya cəlb edə biləcək layihələr üzərində iş gedir.
Bildirilib ki, kitabxana fondlarının əsas binadan yeni binaya köçürülmə prosesindən sonra MEK istifadəçilər üçün xidmətə hazırlanıb və bu ilin sentyabrında oxucuların istifadəsinə verilib. Həmçinin, bu elmi qurumun yeni nizamnaməsi və strukturu təsdiqlənib. Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzinin də fəaliyyəti uğurla davam edir.
Sonra əməkdaşların şöbə və bölmələrin fəaliyyətinə dair hesabatları dinlənilib.