SİYASƏT
Mərkəzi Seçki Komissiyasının “qaynar xətt”inə 69 müraciət daxil olmuşdur
Bakı, 9 oktyabr (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının “qaynar xətt”inə 69 müraciət daxil olmuşdur.
MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov AZƏRTAC-a bildirmişdir ki, 115 nömrəli “qaynar xətt”ə 49, qurumun internet resursu vasitəsilə isə 20 online müraciət daxil olmuşdur. Müraciətlər seçki prosesi barədə məlumat almaq xarakteri güdmüşdür.
Qeyd edək ki, səsvermənin gedişi zamanı baş verə biləcək qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə əlaqədar “qaynar xətt”ə zəng vuraraq, eləcə də MSK-nın İnformasiya Mərkəzinin (www.infocenter.gov.az) veb-saytında online vasitəsilə məlumat vermək mümkündür.