Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Mərmərə Qrupu Vəqfi adından Zati-alinizi doğum gününüz münasibətilə təbrik edirəm. Bu il həm də Sizin xalqa bəxş etdiyiniz Zəfər Gününün beşinci ildönümünü qeyd etdik. Türk dünyası qarşısında göstərdiyiniz yüksək xidmətlərə görə Sizə təşəkkür edirik.

Zati-alinizə, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriklərimizi çatdırırıq.

Sizə, ailənizə və qardaş Azərbaycan xalqına qarşıdan gələn 2026-cı ildə cansağlığı, səadət, rifah, sülh və əmin-amanlıq arzulayırıq.

Hörmətlə,

 

Akkan Suver

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin