DÜNYA
Məşhur futbolçu Eysebio vəfat etmişdir
Bakı, 5 yanvar (AZƏRTAC). Məşhur futbolçu və məşqçi Eysebio da Silva Ferreyra yanvarın 5-də 72 yaşında vəfat etmişdir. Onun ölümünün səbəbi hələlik dəqiq məlum deyildir.
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, son illər Eysebio ürəyindəki problemlərlə bağlı bir neçə dəfə müalicə almışdı.
Bu məşhur futbolçu 1960-1975-ci illərdə Lissabonun “Benfika” klubunda forma geymiş və həmin illər ərzində 301 dəfə meydana çıxaraq 317 qol vurmuşdu. O,”Benfika” klubu ilə 10 dəfə Portuqaliya çempionu olmuş, 5 dəfə ölkə kubokunu, 1962-ci ildə isə Avropa çempionlar kubokunu qazanmışdı. Milli komandada da uğurla çıxış edən Eysebio Portuqaliya yığmasında keçirdiyi 64 oyunda 41 qola imza atmışdı.
Oyunçu karyerasını 1978-ci ildə Amerika klubu “Nyu-Cersi”də tamamlayan Eysebio ümumilikdə 745 oyunda 733 qol vurmuşdu.