Məşhur yoqin Sadhquru ilə görüş keçirilib
Bakı, 2 may, AZƏRTAC
Hindistanın Azərbaycandakı səfirliyi “Torpağı Qoruyaq” qlobal ətraf mühit təşəbbüsü ilə əlaqədar olaraq məşhur yoqin Sadhquru ilə görüş təşkil edib. Tədbirdə xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri, Sadhqurunun Azərbaycandakı pərəstişkarları, eləcə də Hindistan diasporunun nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Hindistan Respublikasının Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna çıxış edib. Sonra isə Sadhquru torpağı və ətraf qorumağın vacıbliyindən danışıb, eləcə də tədbir iştirakçılarının suallarını cavablandırıb.