MƏTBUAT ORQANLARININ “AZƏRBAYCAN” NƏŞRİYYATINA BORCLARININ ÖDƏNİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Kütləvi informasiya vasitələrinin iqtisadi vəziyyətini nəzərə alaraq, mətbuatın maddi-texniki və maliyyə bazasının yaxşılaşmasına yardım məqsədi ilə qərara alıram:
1. Qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənilməsi müddəti 2005-ci il dekabr ayının 31-nə qədər uzadılsın.
2. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 yanvar 2003-cü il