İQTİSADİYYAT
Metropolitençilər spartakiadada iki medal qazanmışlar
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Zenit” İdman Cəmiyyətinin keçirdiyi XV spartakiada başa çatmışdır.
Bakı metropoliteninin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, yarışlarda Bakı metropoliteninin kollektivi də iştirak etmiş və iki medal qazanmışlar. Spartakiadanın proqramına 10 idman növü - futbol, voleybol, stolüstü tennis, daşqaldırma, güllə atıcılığı, kəndirdartma, armreslinq, şahmat, dama, nərd daxil edilmişdir. Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin futbolçuları spartakiadada mübarizəni 3-cü yerdə başa vurmuşdur və tennis idman növündə fərqlənmişlər.
Cari ildə metropolitençilərin komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB məkanı metropolitenlərinin spartakiadasında və Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibətilə Yasamal rayon təşkilatının Bakıda keçirdiyi futbol turnirində yer tutmuşdur.