ELM VƏ TƏHSİL
Məzunlar üçün UNEC-də əmək yarmarkası təşkil olunacaq
Bakı, 8 iyul, AZƏRTAC
Oktyabrın 14-də Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə ənənəvi “Məzun - 2017” əmək yarmarkası keçirəcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində məqsəd Prezident İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsidir.
Əmək yarmarkasında UNEC-lə yanaşı, digər ali təhsil ocaqlarının da tələbə, magistr və məzunları [email protected] ünvanına CV göndərməklə iştirak edə bilərlər. Elektron CV bazası yaradılaraq müvafiq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək. Seçilən namizədlər yarmarka günü müsahibəyə dəvət olunacaqlar.