Azərbaycan Dövlət İnformasiya Agentliyi

M.H. ABDULLAYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Hüseyn oğlu Abdullayevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

Bakı Şəhər İcra Hakimiyyəti Mikayıl Abdullayevin Fəxri Xiyabanda qəbirüstü abidəsinin ucaldılmasını və yaşadığı binaya (Tərlan Əliyarbəyov küçəsi, 2) xatirə lövhəsinin vurulmasını təmin etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2003-cü.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin