CƏMİYYƏT
Mikolaj Bekasiak: Avropa İttifaqı Azərbaycanda bir çox layihələrə dəstək olmuşdur
Bakı, 28 noyabr (AZƏRTAC). Avropa İttifaqı (Aİ) Azərbaycanda bir çox layihələrə dəstək olmuşdur. Uşaq problemlərinə dair Texniki yardım və informasiya mübadiləsi (TAIEX) layihəsi çərçivəsində də bir çox tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 28-də “Ailədə uşaqların zorakılığa məruz qalmasının qarşısının alınması” mövzusunda keçirilən treninqdə Aİ-nin nümayəndəsi Mikolaj Bekasiak çıxışında demişdir.
M.Bekasiak bildirmişdir ki, Aİ “Kommunikasiya” sənədi ilə bağlı uşaqlara yardım məqsədi ilə 1 milyon avro ayırmışdır. Bu isə 2 il müddətində layihə çərçivəsində uşaqların hüquqlarının qorunmasına yardım edəcəkdir.
Uşaqların hüquqlarının qorunması üçün Aİ vətəndaş cəmiyyətlərinə dəstək məqsədi ilə 1,5 milyon manat ayırmışdır.