MƏDƏNİYYƏT
Milli Dram Teatrı bayram günlərində maraqlı tamaşa ilə çıxış edib
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Kosanın qızı” tamaşasını təqdim edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rəhman Əlizadənin “Keçəlin toyu” pyesinin motivləri əsasında Anar Sadıqovun ssenariləşdirdiyi səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirdir. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyevadır.
Səhnə əsərində Əməkdar artistlər Mirzə Ağabəyli, Əlvida Cəfərov, Mehriban Xanlarova, aktyorlar Rada Nəsibova, Ramin Şixəliyev, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Vüsal Məmmədov, Rəşad Bəxtiyarov və Firuzə Balayeva çıxış ediblər.
Süjet xətti Keçəl ilə Kosanın qızı Baharın sevgisi üzərində qurulan tamaşa maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]