MƏDƏNİYYƏT
Milli Kitabxanada beynəlxalq seminar keçiriləcəkdir
Bakı, 3 noyabr (AZƏRTAC). Noyabrın 4-də Azərbaycan Milli Kitabxanasında Onlayn Kompyuter Kitabxana Mərkəzinin (OCLC) MDB ölkələri üzrə koordinatoru Reyn van Haldropun rəhbərliyi ilə “OCLC: üzvlük və servislər yeni erada” mövzusunda beynəlxalq seminar keçiriləcəkdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, informasiya və avtomatlaşdırma məsələlərinə həsr olunan tədbir milli, kütləvi, akademiya kitabxanalarının əməkdaşları, informasiya mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
İki gün davam edəcək seminarın məqsədi yerli mühitlə tanışlıq, kitabxanaların dünya informasiya məkanına inteqrasiyası və onun həlli yollarının müzakirə edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:43]
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir
- 06.05.2024 [15:31]
Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş təşkil olunub
- 06.05.2024 [12:45]
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
- 06.05.2024 [12:00]