Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MİLLİ MƏCLİSDƏ İNSAN ALVERİNƏ QARŞI MİLLİ KOORDİNATORUN MƏLUMATI DİNLƏNİLMİŞDİR

Bakı, 27 oktyabr (AZƏRTAC). Oktyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçirilmişdir.

Əvvəlcə cari məsələlərə baxılmış, Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.

Sonra İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı dinlənilmişdir.

Milli koordinator, daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov demişdir ki, hər il yüz minlərlə adamın insan alverinin qurbanına çevrilməsi bu problemin miqyasını, təhlükəliliyini səciyyələndirən başlıca amillərdəndir. İnsan alverinə qarşı mübarizə üzrə beynəlxalq tədbirlərdə fəal iştirak edən Azərbaycanda milli qanunvericilikdən, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasından, onu tamamlayan Protokoldan və Brüssel Bəyannaməsindən irəli gələn vəzifələr məqsədyönlü şəkildə icra olunur. Ölkəmizdə insan alverinə qarşı mübarizəyə dövlət, hökumət və parlament səviyyəsində göstərilən diqqət işin düzgün, beynəlxalq təcrübəyə uyğun və səmərəli qurulmasına böyük imkanlar yaratmışdır.

Nazir müavini bildirmişdir ki, 2005-2008-ci illərdə və cari ilin ötən dövründə insan alveri cinayətləri ilə bağlı aşkarlanmış 1298 fakt üzrə 1185 nəfər məsuliyyətə cəlb olunmuş, Azərbaycan polisinin fədakarlığı sayəsində 192 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.

Təkcə 2009-cu ilin ötən dövründə həyata keçirilmiş əməliyyat-profilaktika tədbirləri nəticəsində insan alveri ilə bağlı 71 cinayət hadisəsi qeydə alınmış, onları törədən 18 cinayətkar qrup, o cümlədən bir mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. İnsan alveri hallarının qarşısının alınması üçün bir sıra maarifləndirmə işləri aparılmışdır. Nazirliyin dəstəyi ilə İnsan alverinə qarşı mübarizə İdarəsində veb-sayt yaradılmış və bu ilin may ayından fəaliyyət göstərməkdədir. Təqdirəlayiq haldır ki, bu ilin mart ayında Daxili İşlər Nazirliyi ilə 45 qeyri-hökumət təşkilatını birləşdirən İnsan alverinə qarşı qeyri-hökumət təşkilatları Koalisiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmış və maarifləndirmə tədbirlərinin birgə icrası üzrə xüsusi iş proqramı hazırlanaraq icraya yönəldilmişdir. İnsan alverinə qarşı mübarizə üçün respublikanın 15 şəhər və rayonunda təşkil edilmiş kütləvi tədbirlər, “qaynar xətt” telefon xidmətinin və sığınacağın istifadəyə verilməsi bu sahədə görülmüş mühüm işlərdəndir.

Həyata keçirilmiş vacib tədbirlərdən biri də insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən məbləğin bu sahədə xarici ölkələrdə mövcud olan həddə - 600 manat səviyyəsinə çatdırılmasıdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır və bu, yaxın günlərdə həllini tapacaqdır.

Məlumat verilmişdir ki, ötən dövrdə insan alverindən zərər çəkmiş 76 nəfərə birdəfəlik müavinətlər, 43 nəfərə İnsan alveri qurbanlarına kömək Fondundan yardımlar verilmiş, 11 şəxsə cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmələrin köməyi ilə ödətdirilmişdir.

Bütün bu sadalananlar onu deməyə əsas verir ki, ötən dövrdə insan alverinə qarşı mübarizə işi Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına, Milli Fəaliyyət Planına və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun qurulmuş və həyata keçirilmişdir.

Məlumat dinlənildikdən sonra deputatlar sənədi səsə qoyaraq qənaətbəxş hesab etmişlər.

Sonra “Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında” Konvensiyaya dəyişikliklər, “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Rəsmi statistika haqqında” qanunlara əlavələr və dəyişikliklər müzakirə edilmişdir. Bildirilmişdir ki, bu əlavə və dəyişikliklər ölkəmizin qanunvericilik sisteminin inkişafına təkan verəcəkdir. Qanun layihələri səsə qoyularaq təsdiqlənmişdir.

İclasda “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun layihəsi də müzakirə olunmuşdur. Məlumat verilmişdir ki, layihədə fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 2010-cu il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur. Sənədin qəbulunun əhalinin gəlirlərinin artırılmasına xidmət edəcəyi vurğulanmışdır.

Layihə təsdiqləndikdən sonra deputatlar “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan əlavələr və dəyişiklikləri müzakirə etmişlər. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə daxil olan qanun layihəsində yaşa görə əmək pensiyalarının təyin edilməsi şərtləri dəyişdirilir.

Belə ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir. Qeyd olunmuşdur ki, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri də dəyişdiriləcəkdir. Eləcə də, sağlamlıq imkanları məhdud olan uşağını 8 yaşadək tərbiyə etmiş və azı 10 il sığorta stajına malik olan anaların pensiya yaşı həddinin 5 il azaldılması nəzərdə tutulmuşdur. Komitə sədri bu dəyişikliklərin bir sıra dövlətlərin, o cümlədən Avropa ölkələrinin qanunvericiliyinə uyğun olduğunu diqqətə çatdırmışdır. Müzakirələrdən sonra qanuna təklif olunan əlavələr və dəyişikliklər təsdiq edilmişdir.

İclasda “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi də müzakirəyə çıxarılmışdır.

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirmişdir ki, bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edəcəkdir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH