Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsində Sabunçu rayon fəalları ilə görüş olub


Bakı, 8 noyabr, AZƏRTAC
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin təşəbbüsü ilə parlamentdə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Sabunçu rayonu 27 nömrəli seçki dairəsindən deputat, həmçinin komitənin üzvü Dilarə Cəbrayılova, orta məktəb direktorları, həkimlər, şagirdlər və rayonun ictimai həyatında yaxından iştirak edən gənclərdən ibarət bir qrup fəal ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Milli Məclisdə Heydər Əliyev muzeyi, iclas zalı və kitabxana ilə tanış olublar.
Görüşdə Aqiyə Naxçıvanlı Azərbaycan parlamentinin tarixi, Milli Məclisin fəaliyyəti, tərkibi və komitələri haqqında məlumat verib. O, həmçinin rəhbərlik etdiyi ailə, qadın və uşaq məsələləri komitəsinin fəaliyyəti barədə danışıb.
Sonda komitə sədri qonaqların suallarını cavablandırıb və fəallara ulu öndər Heydər Əliyevin çıxışlarından ibarət “Mənəviyyat, mədəni dəyərlər, mənəvi tərbiyə” adlı kitabı və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunmuş kitab dəstini hədiyyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2025 [20:25]
Bakıda bu parkların əraziləri böyüdüləcək VİDEO
- 21.05.2025 [19:08]
GLOBE Şəbəkəsinin Plenar iclasında əsas müzakirələr mərhələsi başlayıb
- 21.05.2025 [18:48]
Vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlanıb
- 21.05.2025 [17:31]
Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
- 21.05.2025 [17:30]