SİYASƏT
Milli Məclisin deputatı Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş toplantıda məruzə ilə çıxış edəcək
Bakı, 24 noyabr, AZƏRTAC
Milli Məclisin deputatı Musa Qasımlı noyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə gedəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Musa Qasımlı səfər çərçivəsində Suxumi Dövlət Universitetinin və Türkiyənin Türk Tarix Qurumunun təşkilatçılığı ilə keçiriləcək “XX əsrdə türk-gürcü münasibətləri” adlı simpoziumda iştirak edəcək.
Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş toplantıda deputatımız “Moskva və Qars müqavilələrinin Cənubi Qafqaza təsiri” mövzusunda məruzə edəcək.
Səfər noyabrın 28-də başa çatacaq.