SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATLARI İTALİYALI HƏMKARLARINA ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HAZIRKI DURUMU BARƏDƏ MƏLUMAT VERƏCƏKLƏR
Bakı, 26 yanvar (AZƏRTAC). Milli Məclisin deputatları Çingiz Əsədullayev, Azər Kərimli, Rövşən Rzayev, Fuad Muradov və Qüdrət Həsənquliyev yanvarın 26-da Romaya səfərə yola düşmüşlər.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, deputatlarımız İtaliya parlamentində olacaq, Xarici İşlər Komitəsinin, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi imkanları və digər məsələlər müzakirə olunacaqdır.
Milli Məclisin üzvləri italiyalı həmkarlarına regiondakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verəcəklər.