Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında çıxış edib

İstanbul, 10 dekabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı konfransında iştirak etmək üçün İstanbulda səfərdədir. Dekabrın 10-da konfransın açılış mərasimi olub. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

AZƏRTAC xəbər verir ki, sonra konfransda Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını Azərbaycan Milli Məclisi adından salamlayaraq Türkiyənin sədrliyinin İƏT Pİ-nin güclənməsinə töhfə verəcəyinə əmin olduğunu deyib.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan İslam dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verir. O bildirib ki, biz iki gün əvvəl Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümünü qeyd etdik. Beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələrinə ardıcıl dəstəklə yanaşı, Azərbaycanda keçirilən çoxsaylı tədbirlərlə də İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəmizi veririk. Hesab edirəm ki, parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır və bu, ölkələrimiz arasında münasibətləri daha da dərinləşdirəcək.

İslamofobiyanın bu gün dünyada ən ciddi təhlükələrdən biri olduğunu diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu tendensiyanı qəti şəkildə pisləyir və ona qarşı mübarizə aparmağa çağırır. Bu baxımdan, İslam Əməkdaşlığı Təşkilatının qardaş Pakistanın təşəbbüsü ilə 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi qeyd edilməsi qərarı çox müsbət qarşılanır. Hesab edirəm ki, İslam dünyasının qarşısında dayanan problemlərin öhdəsindən gəlmək üçün daha güclü həmrəyliyə, dialoqa və əməkdaşlığa ehtiyac var.

Sahibə Qafarova bu sessiyanın mövzusuna uyğun olaraq, Fələstin, Əfqanıstan və miqrasiya məsələlərinə toxunaraq deyib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin Şərqi Qüds Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında sülh yolu ilə həllini dəstəkləyir. Bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində də birmənalı şəkildə ifadə olunub.

Milli Məclisin sədri Əfqanıstanda sülh və sabitlik mövzusunun daha geniş region üçün potensial təsirləri olduğunu qeyd edərək, Əfqanıstandakı vəziyyətin humanitar nəticələrinin aradan qaldırılmasının son dərəcə vacib olduğunu diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq ictimaiyyət miqrasiya məsələsini daha geniş perspektivdən nəzərdən keçirməli və problemin kökündə dayanan səbəbləri aradan qaldırmalıdır. Miqrasiya barədə danışarkən, təxminən on ildir 5 milyona yaxın qaçqına ev sahibliyi edən Türkiyənin səylərini yada salmamaq mümkün deyil. Təəssüf ki, bu səylər layiq olduğu yüksək qiyməti və dəstəyi almayıb.

“Azərbaycan özü də məcburi köçkün problemi ilə üzləşib. Bildiyiniz kimi, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizə yaxınını işğal altında saxlayıb. Ermənistanın bu torpaqlarda etnik təmizləmə aparması nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

İşğal zamanı Ermənistan qəsdən bütün şəhər və kəndlərimizi yer üzündən silib, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. Ermənistan bütün müsəlmanlara qarşı tam hörmətsizlik və nifrət zəminində məscidlərimizi dağıdıb, təhqir edib və onlardan donuz və inək saxlanılan tövlə kimi istifadə olunub. Bu ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalan 2 məscidə isə ciddi ziyan vurulub. Hətta bu ərazilərdəki qəbiristanlıqlarımız da vandalizmə məruz qalıb”, - deyə Milli Məclisin sədri vurğulayıb.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və digər müvafiq beynəlxalq təşkilatların qətnamə və qərarları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Lakin təəssüf ki, Ermənistan onların heç birinə məhəl qoymayıb.

Ermənistanın hərbi təxribatları nəticəsində başlayan 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi və 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Milli Məclisin sədri müharibənin ilk günlərindən Azərbaycana siyasi dəstəyini ifadə edən qardaş Türkiyə və Pakistana minnətdarlığını bildirib, həmçinin İƏT Parlament İttifaqına və Baş katib Muhammed Xurayçi Niyassa Azərbaycanın haqq işini dəstəklədiklərinə görə təşəkkürünü çatdırıb.

Sahibə Qafarova çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlayıb. Bu, 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcək. Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası regionda münasibətlərin normallaşmasına və kommunikasiyaların bərpasına gətirib çıxaracaq. Lakin Ermənistan öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməlidir.

Sonra konfransda müzakirələr davam etdirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur